img
img
img
img
img

Şəki Əliyar Kəndi su anbarı

Əliyar kəndində yeni quraşdırılmış su nasos stansiyası əhalinin istifadəsinə verilib. Stansiya bu ərazidə yerləşən Şəki, Cəyirli və Qozlubulaq kəndlərini içməli su ilə təmin edəcək. Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində görülən işlərdən bəhs edilib. Bildirilib ki, rayonun bu ucqar kəndlərinin əhalisi uzun illərdir içməli sudan əziyyət çəkir. Kəndlərin içməli su ilə təchizatını yaxşılaşdırmaq üçün Nazirlər Kabinetinin sərəncamı ilə ötən ilin avqustunda müvafiq vəsait ayrılıb. Bu vəsaitlə Əliyar kəndinin ərazisində 3 artezian quyusu qazılıb, su anbarı tikilib, nasos stansiyası quraşdırılıb. Nasos stansiyasından bu kəndlərə, ümumilikdə 25 kilometr uzunluğunda su xətti çəkilib. Diqqətə çatdırılıb ki, stansiyanın istismara verilməsi nəticəsində bu kəndlərdə yaşayan 6 minə yaxın əhalinin içməli su problemi artıq öz həllini tapıb.

Müştəri:

"Azərsu" ASC

Bitdi :

Davam Edir..

Daha çox Lahiyə