img
img
img
img
img
img
img
img

Bəxtiyar Vahabzadənin Ev Muzeyi

Avqustun 31-də Şəki şəhərində Xalq şairi, görkəmli dramaturq, ədəbiyyatşünas alim, ictimai xadim Bəxtiyar Vahabzadənin ev-muzeyinin təntənəli açılış mərasimi keçirildi. Prezident İlham Əliyev 27 oktyabr 2015-ci il tarixdə "Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında” sərəncam imzalayıb. Sərəncamın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən ədibin anadan olduğu Şəki şəhəri Ə.Haqverdiyev küçəsi, 73 ünvanında Bəxtiyar Vahabzadənin ev-muzeyi yaradılıb. Euroline şirkəti olaraq 2017-2018-ci illərdə muzeydə təmir, bərpa və bədii tərtibat işləri apardıq. Muzeyin ekspozisiyası 70 kvadratmetr təşkil edir və 3 otaqdan (inzibati və fond otaqları) ibarətdir. Ekspozisiyada şairin ailəsi tərəfindən təqdim edilmiş müxtəlif sənədlər, kitab, əlyazma, foto və arxiv sənədləri, şəxsi əşyalar – ümumilikdə 735 eksponat nümayiş olunur.

Müştəri:

Mədəniyyət Nazirliyi

Bitdi :

Davam Edir..

Daha çox Lahiyə