İnşasına 2013-cü ildə başlanılan binanın ümumi sahəsi 2765 kvadratmetrdir. Burada dünya şöhrətli siyasi və dövlət xadiminin həyat və fəaliyyətindən bəhs edən kitablar, fotolar, fəxri diplomlar, digər sənədlər nümayiş etdirilir. Burada, həmçinin 350 yerlik konfrans zalı, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı otağı, kinozal, kulinariya və rəsm otaqları, heykəltəraşlıq studiyası, poliqrafiya emalatxanası fəaliyyət göstərəcək. Mərkəzin ikinci mərtəbəsi elektron kitabxana, arxiv, virtual sinif və kompüter otaqları, dizayn və xalq sənətkarlığı studiyaları, xarici dil dərnəyi və 44 nəfərlik dairəvi konfrans zalından ibarətdir.
Zaqatala rayon İcra Hakimiyyəti
Davam Edir..