Müxtəlif rejim korpusları, istintaq təcridxanası, inzibati bina, məhkumların ailələri ilə görüş binası, müasir tibbi avadanlıqlarla təchiz olunmuş tibb məntəqəsi və sair imkanların da olduğu penitensiar kompleks ümumilkdə 900 məhkum üçün nəzərdə tutulub. 15 hektar ərazini əhatə edən kompleksin ərazisində, həmçinin 150 nəfərlik 2 mərtəbəli əsgər yataqxanası da inşa olunub. Kompleksin ərazində qısa və uzunmüddətli görüş otaqları da mövcuddur. Məhbusların saxlanma kameralarında nümunəvi şərait yaradılıb, Onların faydalı işlə məşğul olmaları, asudə vaxtlarının səmərəli təşkili üçün istehsalat, eləcə də idman sahələri təşkil olunub. Həmçinin kompleksdə köhnə dustaqxanalardan fərqli olaraq kameralar avropa standartlarına uyğun olaraq 2 və 4 nəfərlik inşa edilib. Müəssisədə saxlanılan şəxslərin keyfiyyətli qidalanmasını təmin etmək üçün müasir avadanlıqla təchiz edilmiş mətbəx inşa olunmuşdur.
Ədliyyə Nazirliyi
Davam Edir..