Öhdəsinə götürdüyü yerli və beynəlxalq layihələrin hər birində başdan sonadək bütün proseslərdə ən yeni texnoloji üsul və avadanlıqlardan istifadə edən, daim işə davamlı inkişaf prinsipi ilə yanaşan və fəaliyyət göstərdiyi ölkələrinin iqtisadiyyatında yenilikçi addımlar ilə köklü dəyişikliklərə rəhbərlik edən aparıcı holdinqə çevrilmək.
Azərbaycanda ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanmış sosial-iqtisadi islahatlar öz məntiqi nəticələrini göstərməkdədir. Ölkəmiz bazar iqtisadiyyatı yolunda inamla irəliləyir, dünya və xüsusilə də Avropaya inteqrasiya prosesi getdikcə sürətlənir. Azərbaycanda əlverişli investisiya mühitinin mövcudluğu, azad sahibkarlığa geniş imkanlar yaradılması, özəl sektora göstərilən hərtərəfli dövlət qayğısı ölkə iqtisadiyyatının inkişafına təkan verir. Ölkəmizin tərəqqisi və xalqımızın rifah halının yüksəldilməsi naminə müasir Azərbaycan iqtisadiyyatının inkişafında “Afgan Holding” olaraq yaxından iştirak etmək və bu inkişafa öz töhfələrimizi vermək mənim üçün qürurverici bir hissdir.
Son bir neçə ildə "Afgan Holding" qazandığı nailiyyətlərə əsaslanaraq, Azərbaycanda güclu sosial-iqtisadi irəliləyişə töhfə verən ən böyük şirkətlərdən birinə çevrilib. Əldə etdiyi nailiyyətlərlə kifayətlənməyən şirkət fəaliyyət sahələrini daha da inkişaf etdirmək uğrunda səylərini müvəffəqiyyətlə davam etdirir. Çalışdığımız sektorlarla bağlı dünyadakı yenilikləri izləyərək tətbiq etmək, yüksək keyfiyyət və xidmət prinsiplərini qorumaq bizim prioritetimizi təşkil edir. Əlbəttə ölkəmizdə mövcud olan sabit iqtisadi şərait bizim də inkişafımıza öz müsbət təsirini göstərməkdədir.
Bütün fəaliyyətimiz boyunca öz əməyini və dəstəyini əsirgəməyən bütün əməkdaşlarımıza, müştərilərimizə, iş ortaqlarımıza öz dərin minnətdarlığımı bildirirəm.
Əfqan Məmmədov-“Euroline QSC” -nin təsisçisi",Cahangir Abdurəhmanov-“Euroline QSC” -nin direktoru",Oruc Məmmədov-“Euroline QSC” -nin direktor müavini",Bəhram Əmrahov-“Euroline QSC” -nin direktor müavini"
Biz ilk dəfə iqtisadi fəaliyyətə “Əfqan” firması adı altında 15 aprel 1999-cu il tarixində başlamışıq.
İşə başladığımız ilk illərdəcə ölkəmiz üçün prioritet olan infrastrukturun yaxşılaşdırılması layihələrində yaxından iştirak etmişik.
Fəaliyyətimiz bütün ölkə ərazisini əhatə edir.
2000-ci illərin əvvəllərində Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin sifarişi əsasında ölkəmizin şimal-şərqində yerləşən rayonların çaylarında sahilbərkitmə işləri həyata keçirmişik, həmçinin bu rayonlarda su kanalları, artezian quyuları, su ötürücü qurğular və keçid körpüləri inşa etmişik.
2005-ci ildən etibarən fəaliyyət sahəmizi daha da genişləndirərək infrastruktur quruculuğu işləri ilə əlaqədar müxtəlif layihələr reallaşdırmışıq. Bu layihələr sırasına su anbarları, su və kanalizasiya şəbəkələri, ortaməktəb binaları, yaşayış evləri, sosial obyektlər və bir sıra dövlət əhəmiyyətli inzibati binaların tikintisi və təmiri daxildir.
Bundan başqa, magistral yolların asfaltlanması ilə yanaşı şəhər ərazilərində mövcud olan istirahət parklarının yenidən qurulması işlərini də tələb olunan standartlara müvafiq şəkildə yerinə yetirmişik.
2010-cu illərdən bu günədək davam edən müddət ərzində əsas fəaliyyətimizin bir hissəsini tikinti məhsullarının, o cümlədən beton, tamet, dəmir konstruksiya, plastik, mebel və asfaltın istehsalına yönəltmişik. Bununla yanaşı, sözügedən tikinti məhsullarının keyfiyyətinin öyrənilməsi və inkişafı üçün lazım olan təcrübələrin aparılmasına imkan verən yüksək standartlara malik laboratoriya ərsəyə gətirmişik.
Fəaliyyət göstərdiyimiz iyirmi ilə yaxın müddətdə əldə etdiyimiz geniş təcrübə və peşəkarlıq bizi ixtisaslaşmaya sövq etmiş və bu da öz növbəsində hər bir istiqamət üzrə ayrı bir şirkətin yaradılması ilə nəticələnmişdir.
Hazırda bu şirkətlər 25 noyabr 2016-cı il tarixində təsis olunmuş “Afgan Holding” MMC çətiri altında müştərilərinə keyfiyyətli və səmərəli xidmət göstərməyə davam edirlər.