Haqqımızda

EUROLINE QSC 1999-cu ildən tikinti və mühəndislik sahəsində fəaliyyət göstərir. Şirkət yaşayış, qeyri-yaşayış, sənaye və infrastruktur layihələrində tikinti-montaj, layihələrin idarə edilməsi, mühəndislik sistemləri və istehsal xidmətləri təqdim edir. Fəaliyyət göstərdiyi müddət ərzində EUROLINE QSC Azərbaycanın müxtəlif regionlarında yerli və beynəlxalq maliyyə institutlarının, dövlət qurumlarının və özəl şirkətlərin iştirakı ilə həyata keçirilən layihələrdə podratçı və mühəndislik tərəfdaşı kimi iştirak etmişdir. Şirkətin fəaliyyəti keyfiyyət, təhlükəsizlik, şəffaf kommunikasiya və layihələrin razılaşdırılmış müddət və tələblərə uyğun icrası prinsiplərinə əsaslanır.

Gördüyümüz İşlər